X
Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb » Regionxeberleri.com Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb » Regionxeberleri.com

reklam
» » Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb

reklam

Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb

Daxili işlər orqanları tərəfindən külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmkir rayonunun Çinarlı qəsəbəsində yaşayan Ramin Eyyubovun evinə baxış zamanı oradan çəkisi 2 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.

Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər sakini Rövşən Məmmədovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu götürülüb.

Ağsu RPŞ-nin əməkdaşları Göydəlləkli kəndi ərazisindən çəkisi 1 ton olan 2134 ədəd, Ağdaş RPŞ-nin əməkdaşları isə Ağzıbir kəndi ərazisindən çəkisi 213 kiloqram olan 284 ədəd yabanı halda bitmiş çətənə kollarını yığaraq məhv ediblər.

Bu istiqamətdə tədbirər davam etdirilir.


Paylaş:


Müəllif : Tarix:
26-06-2018, 15:15
  


loading...