reklam
» » Ucarda piyadanın ağır xəsarəti ilə nəticələnən yol qəzası baş verib

reklam

Ucarda piyadanın ağır xəsarəti ilə nəticələnən yol qəzası baş verib

 
Hadisə gecə saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Yolu keçmək istəyən piyada, Ağdam rayon sakini, 1997-ci il təvəllüdlü Rauf Tələt oğlu Əmirovu hərəkətdə olan "VAZ 2107" markalı minik maşını vurub. Yaralı ağır vəziyyətdə Ucar Mərkəzi Rayon Xəstəxanasının Cərrahiyyə Şöbəsinə yerləşdirilib. Zərərçəkənə ilkin tibbi yardım göstərilib və o, müalicəsini davam etdirmək məqsədi ilə Bakıdaki xəstəxanaların birinə göndərilib. Fakt araşdırılır.


Paylaş:


Müəllif : Tarix:
30-06-2018, 08:53
  


loading...
Загрузка...