reklam
» » Şirvanda toyda qətl: qatil hadisə yerindən qaçıb - YENİLƏNİB

reklam

Şirvanda toyda qətl: qatil hadisə yerindən qaçıb - YENİLƏNİB

Şirvanda toyda qətli törədən şəxs hadisə yerindən qaçıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, ötən gecə baş verən qətl hadisəsini törədən şəxsin qaçdığı məlum olub.

Toyda baş verən kütləvi davada bəyin də iştirak etdiyi bildirilir.

Dava zamanı əlindən bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilən Sabirabad rayonunun Nəsimikənd kənd sakini, 1976-cı il təvəllüdlü Həsənov Teymur Hüseynqulu oğlu qətli törətməkdə şübhəli bilinsə də, sonradan məlum olub ki, qətli törədən şəxs və davanın digər iştirakçısı hadisə yerindən qaçıb.

Qeyd edək ki, Şirvanda yerləşən şadlıq saraylarından birində qohumlarının toyunda iştirak edən Neftçala rayonunun Surra kənd sakini, 1978-ci il təvəllüdlü Əliyev Azər Yusif oğlu kütləvi dava zamanı ürək nahiyəsindən bıçaqlanıb. Xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Hüquq-mühafizə orqanları şadlıq sarayının kamera görüntülərini araşdırmaqda davam edirlər. Qətldə iştirak edən şəxsin və digərinin  saxlanılması istiqamətində əməliyyat istintaq tədbirləri həyata keçirilir.

***

00:44

Şirvanda toyda qətl hadisəsi baş verib

 APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qətl hadisəsi axşam saat 22.00 radələrində Şirvanda yerləşən şadlıq saraylarından birində qeydə alınıb.

Qohumlarının toyunda iştirak edən Neftçala rayonunun Surra kənd sakini, 1978-ci il təvəllüdlü Əliyev Azər Yusif oğlu kütləvi dava zamanı ürək nahiyəsindən bıçaqlanıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb. Hadisə zamanı toy mərasimində iştirak edən Sabirabad rayonunun Nəsimikənd kənd sakini, 1976-cı il təvəllüdlü Həsənov Teymur Hüseynqulu oğlu da əlindən bıçaq xəsarəti alıb.   Şirvan şəhər xəstəxanasına yerləşdirilən sonuncu qətli törətməkdə şübhəli bilinir. Hüquq-mühafizə orqanları şadlıq sarayının kamera görüntülərini  araşdırırlar.

Hazırda qətlə yetirilən şəxsin meyiti müayinə olunmaq üçün Şirvan şəhər morquna yerləşdirilib. Kütləvi davada iştirak edən bir-neçə nəfər saxlanılıb. Faktla bağlı Şirvan prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
10-07-2018, 10:32
  


loading...
Загрузка...