X
“Vital” klinikada doğuş zamanıUŞAQ ÖLDÜ » Regionxeberleri.com “Vital” klinikada doğuş zamanıUŞAQ ÖLDÜ » Regionxeberleri.com

reklam
» » “Vital” klinikada doğuş zamanıUŞAQ ÖLDÜ

reklam

“Vital” klinikada doğuş zamanıUŞAQ ÖLDÜ

Vital” klinikasında doğuş zamanı uşaq ölümü qeydə alınıb.
Regionxeberleri.com bildirir ki, bu barədə “Ölkə.Az”a körpəsini itirən 28 yaşlı Leyla Quliyevanın anası Fəridə Rəhimli məlumat verib:

“Qızım doqquz ay ərzində klinikanın həkimi Nailə Əzizovanın nəzarətində olub. Doğuşdan bir müddət əvvəl həkimə bildirib ki, özümü yaxşı hiss etmirəm, hətta həmin simptomlarla bağlı internetdən məlumat oxuyub. Məlum olub ki, hiss etdiyi simptomlar yetərincə təhlükəlidir. Ancaq həkim qızıma bildirib ki, qorxulu heç nə yoxdur. Axırıncı dəfə klinikaya gəlməzdən dörd gün əvvəl Nailə Əzizovaya bir daha müraciət edib. Həkim yenə bildirib ki, narahatlığa əsas yoxdur. Dörd gündən sonra cift qopması baş verib və qızım ölümcül vəziyyətdə klinikaya çatdırılıb. Təsəvvür edin ki, klinikada nə küvəz, nə qan ehtiyatı, nə də təcili yardım maşını yoxdur. Həkim yenicə doğulmuş körpəni atasına verib ki, bunu Respublika Klinik Xəstəxanasında Pataloji Doğum Şöbəsinə apar”.

F.Rəhimli bildirib ki, baş vermiş hadisəylə bağlı N.Əzizovanı və “Vital” klinikanı məhkəməyə verməyə hazırlaşırlar.
Qeyd edək ki, bu, Nailə Əzizovayla bağlı ilk belə hadisə deyil. Belə ki, bir müddət öncə Abşeron rayon Mərkəzi Xəstəxanasında işləyərkən 23 yaşlı qadın doğuş zamanı dünyasını dəyişmişdi.
Özünü klinikanın hüquqşünası kimi təqdim edən şəxs isə əməkdaşımızla söhbətində bildirib ki, rəhbərlik məzuniyyətdədir, özü isə sükan arxasında olduğu üçün bu barədə danışa bilməyəcək.


Paylaş:


Müəllif : Tarix:
11-07-2018, 16:03
  


loading...