reklam
» » Minik maşını mikroavtobusla toqquşdu: 11 yaralı - YENİLƏNİB

reklam

Minik maşını mikroavtobusla toqquşdu: 11 yaralı - YENİLƏNİB

Masallı rayonun Xıl kəndində "Ford" markalı sərnişin mikroavtobusu ilə "Hundai" markalı minik maşınının toqquşması nəticəsində 11 nəfər xəsarət alıb.

APA-nın cənub bürosunun məlumatına görə, onlar Rusiya vətəndaşları - 1992-ci il təvəllüdlü Günay Asfarova, 2017-ci il təvəllüdlü Rubina Teymur qızı Asfarova, Bakı şəhər sakinləri - 2006-cı il təvəllüdlü Lalə Cabir qızı Zeynalova,  1977-ci il təvəllüdlü Nərmin Rauf qızı Babayeva, 1946-cı il təvəllüdlü Rubina Şirzad qızı Bayramova, Lənkəran rayon sakiniləri - 1982-ci il təvəllüdlü Ağayar Gülməmməd oğlu Ağayev, 1981-ci il təvəllüdlü Nuranə Cabir qızı Qəhrəmanova, 1967-ci il təvəllüdlü Tünzalə Məzahir qızı Şükürova, 1959-cu il təvəllüdlü Məlahət İsmayıl qızı Məmmədova, Neftçala rayon sakini, 1982-ci il təvəllüdlü Ceyhun Şakir oğlu Hüseynli, Qax rayon sakini, 1982-ci il təvəllüdlü Nəzir İsmayıl oğlu Musayevdir.

Xəsarət alanlar Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan bəzilərinin vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

***

13:47

Masallıda minik maşını ilə mikroavtobus toqquşub.

APA-nın cənub bürosunun məlumatına görə,  Xıl kəndi ərazisində baş verən qəza zamanı 10 nəfər xəsarət alıb.

Xəsarət alanlar Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
11-07-2018, 16:08
  


loading...
Загрузка...