reklam
» » Gəncədə polisi qətlə yetirməkdə şübhəli bilinən şəxs tutuldu

reklam

Gəncədə polisi qətlə yetirməkdə şübhəli bilinən şəxs tutuldu

Hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 10-da Gəncə şəhərində baş vermiş qanunsuz  aksiyanın ən fəal iştirakçılarından və xidməti vəzifələrini yerinə yetirən polis zabitlərindən birinin qətlində şübhəli bilinən Qasımov Fərrux Xəqani oğlu vətəndaşların yaxından köməkliyi ilə tutularaq istintaqa təhvil verilib.

 DİN-in mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, bu cinayətin törədilməsində şübhəli bilinən digər şəxslərin də tutulması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, iyulun 10-da, saat 20 radələrində bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündə qansunsuz aksiya keçirməyə cəhd ediblər. Asayişi təmin etmək üçün aksiyaçılara müdaxilə edən zaman Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov aksiyaçıların kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.


Paylaş:


Müəllif : Tarix:
11-07-2018, 19:05
  


loading...
Загрузка...