reklam
» » Ucarda azyaşlını maşın vurub

reklam

Ucarda azyaşlını maşın vurub


Ucarda babası evinə qonaq gələn azyaşlını maşın vurub.

Bu gün axşam saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.  Yolu keçmək istəyən piyada, Göyçay rayonunun Potu kənd sakini, 2011-ci il təvəllüdlü Yusuf Samir oğlu Nuruyevi 10 SU 610 dövlət nömrə nişanlı, "Mercedes" markalı minik maşını vurub.  

Uşaq  ağır vəziyyətdə Ucar Mərkəzi Rayon Xəstəxanasının Cərrahiyyə Şöbəsinə yerləşdirilib. Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.  

RegionXeberleri.com 




Paylaş:


Müəllif : Tarix:
12-07-2018, 19:34
  


loading...
Загрузка...