X
“Mercedes Vito” aşdı, 10 nəfər xəstəxanalıq oldu » Regionxeberleri.com “Mercedes Vito” aşdı, 10 nəfər xəstəxanalıq oldu » Regionxeberleri.com

reklam
» » “Mercedes Vito” aşdı, 10 nəfər xəstəxanalıq oldu

reklam

“Mercedes Vito” aşdı, 10 nəfər xəstəxanalıq oldu

Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, qəza rayonun Sarvan kəndi ərazisində qeydə alınıb. “Mercedes Vito” markalı mikroavtobus və “Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində 10 nəfər xəsarət alıb. Qəza zamanı “Mercedes Vito”-nun aşdığı bildirilir.

Xəsarət alan şəxslər Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onlardan ikisinin azyaşlı olduğu bildirilir.

Qəzanın təfərrüatları müəyyənləşdirilir. Əlavə məlumat veriləcək.


Paylaş:


Müəllif : Tarix:
13-07-2018, 08:48
  


loading...