X
Yollarda təmir vaxtı dəyişir - Gecə saat 23-dən sonra » Regionxeberleri.com Yollarda təmir vaxtı dəyişir - Gecə saat 23-dən sonra » Regionxeberleri.com

reklam
» » Yollarda təmir vaxtı dəyişir - Gecə saat 23-dən sonra

reklam

Yollarda təmir vaxtı dəyişir - Gecə saat 23-dən sonra

"Bundan sonra yollarda hərəkətin məhdudlaşdırılmasına səbəb olacaq təmir işləri gecə saatlarında aparılacaq".

Bu barədə BiG.AZ-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Onun sözlərinə görə, təmir işlərinin əsasən gecə saat 23:00-dan səhər saatlarınadək aparılması nəzərdə tutulub.

"Vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində Bakı şəhərinin küçə və prospektlərində kompleks tədbirlər həyata keçirilir. Tədbirlər çərçivəsində hazırda bir-neçə ünvanda təmir-tikinti işləri aparılır. Bununla əlaqədar olaraq Bakı-Sumqayıt yoıunda Xırdalan dairəsindən üzü şəhər istiqamətində, Ukrayna dairəsində və Ziya Bünyadov prospektində 20 Yanvar daitəsi istiqamətində hərəkər qismən məhdudlaşdırılıb.

Təmir işləri sözügedən istiqamətlərdə hissə-hissə aparılır. İşlərin qrafikə uyğun vaxtında çatdırılması, həmçinin vətəndaşlara minimum narahatlıq yaratmaq məqsədi ilə qısa müddətə yekunlaşdırılması nəzərdə tutulub.

Yaranan müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

Dövlət Agentliyi olaraq vətəndaşların narahatlığını minimuma endirmək üçün bundan sonra yollarda hərəkətin məhdudlaşdırılmasına səbəb olacaq təmir işlərinin əsasən gecə saat 23:00-dan səhər saatlarınadək aparılması nəzərdə tutulub"-deyə, A.Nəcəfli əlavə edib.


Paylaş:


Müəllif : Tarix:
14-07-2018, 15:28
  


loading...