X
Cəlilabadda qətl - Bacısının qayınatasını bıçaqladı » Regionxeberleri.com Cəlilabadda qətl - Bacısının qayınatasını bıçaqladı » Regionxeberleri.com

reklam
» » Cəlilabadda qətl - Bacısının qayınatasını bıçaqladı

reklam

Cəlilabadda qətl - Bacısının qayınatasını bıçaqladı

Şirvan Apellyasiya Məhkəməsində Cəlilabadda qətl törədən şəxsin şikayətinə baxılıb.

Regionxeberleri.com APA-ya istinadən xəbər verir ki, hakim Etibar Camalovun sədrliyi ilə keçirilən prosesdə Həmzəyev Əvəz Əhəd oğlunun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, 2017-ci ilin dekabrın 28-də rayonun 1999-cu il təvəllüdlü Həmzəyev Əvəz Uzuntəpə kəndində hərəkətdə olan marşrut avtobusunda həmyerlisi Rakif Hüseynovu bıçaqlayaraq öldürüb. Hadisəyə səbəb Ə.Həmzəyevin 18 yaşlı bacısının həyat yoldaşı (R. Hüseynovun oğlu-red.) ilə münasibətlərinin pozulması olub.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə. Həmzəyev CM-nin 120.2.4, 228.4 maddələri ilə 17 il 6 ay azadlıqdan məhrum edilib.


Paylaş:


Müəllif : Tarix:
14-07-2018, 15:29
  


loading...