Hacıqabul sakini yeznəsini bıçaqladı » Regionxeberleri.com Hacıqabul sakini yeznəsini bıçaqladı » Regionxeberleri.com

reklam
» » Hacıqabul sakini yeznəsini bıçaqladı

reklam

Hacıqabul sakini yeznəsini bıçaqladı

Hacıqabul rayonunda bıçaqlanma hadisəsi olub.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə gecə saatlarında Hacıqabul rayonunun Talış kəndində qeydə alınıb. Kənd sakini, 1979-cu il təvəllüdlü Hüseynov Yaşar Ağahüseyn oğlu sərxoş vəziyyətdə bacısının həyat yoldaşını, həmin kəndin sakini olan 1973-cü il təvəllüdlü Yusifov Zaur Rizvan oğlunu bıçaqlayıb.

Bel nahiyəsindən bıçaq xəsarəti alaraq çoxlu qan itirən Z. Yusifov Şirvan şəhər xəstəxanasına yerləşdirilib, əməliyyat olunub.  Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Y. Hüseynov saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
18-07-2018, 09:49
  


loading...