reklam
» » Qəbələdə özünü öldürmək istəyən şəxs xilas edildi

reklam

Qəbələdə özünü öldürmək istəyən şəxs xilas edildi

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ şəhərində 1 nəfərin doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində pilləkən qəfəsinin pəncərəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirməsi barədə məlumat daxil olub. Regionxeberleri.com nazirliyin saytına istinadən xəbər verir ki, Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Əməliyyat başa çatıb.


Paylaş:


Müəllif : Tarix:
25-07-2018, 09:17
  


loading...
Загрузка...