reklam
» » 3 otaqlı ev yanıb - Gəncədə

reklam

3 otaqlı ev yanıb - Gəncədə

Gəncə şəhərində yanğın hadisəsi olub.

Hadisə axşam saatlarında, şəhər sakini, 1941-ci il təvəllüdlü Ağaməmməd Mehdiyevə məxsus 3 otaqlı evdə baş verib.

Belə ki, ümumi sahəsi 105 kv/m olan evin 1 otağı və dam örtüyü yanaraq külə dönüb. Hadisə yerinə gələn yanğınsöndürənlər alovun daha da genişlənməsinin qarşısını alıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.


Paylaş:


Müəllif : Tarix:
4-03-2017, 09:56
  


loading...
Загрузка...