reklam
» » Bakıda restoranda silahlı insident zamanı ölən və yaralananın şəxsiyyəti məlum olub - VİDEO

reklam

Bakıda restoranda silahlı insident zamanı ölən və yaralananın şəxsiyyəti məlum olub - VİDEO

Bakının Ramana qəsəbəsində baş verən silahlı insident nəticəsində ölən və yaralananın şəxsiyyəti məlum olub.
Sabunçu Rayon Polis İdarəsindən "Report"a verilən məlumata görə, yaralanan şəxs 1984-cü il təvəllüdlü Kərimov Elxan Nazim oğludur.
Həmçinin ölənin Çingiz Xudiyev, hadisəni törədənin isə Hikmət adlı şəxs olduğu bildirilir. Polis tərəfindən aparılan əməliyyat nəticəsində 1 nəfər saxlanılıb.
***00:00
Bakının Sabunçu rayonunda silahlı insident baş verib.
Regionxeberleri.com “Report”-a istinadən xəbər verir ki, Ramana qəsəbəsindəki Şuşa şəhərciyi ərazisində yerləşən "Naxçıvan" restoranında avtomat silahdan açılan atəş nəticəsində, ilkin məlumata görə, 1 nəfər ölüb, 1-i yaralanıb.
Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Hadisə yerinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları və Daxili Qoşunların xüsusi təyinatlıları cəlb olunub.
Ərazidə polis postu qurulub, giriş-çıxış zamanı axtarış aparılır. Hazırda hadisəni törədən şəxsin axtarışları davam etdirilir.



Paylaş:


Müəllif : Tarix:
10-08-2018, 09:22
  


loading...
Загрузка...