reklam
» » "Bəzi sahibkarlar sui-istifadə hallarına yol verir" - Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri

reklam

"Bəzi sahibkarlar sui-istifadə hallarına yol verir" - Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri

“Qanunsuz tikililərlə bağlı monitorinqlər həyata keçirilir. Bəzi sahibkarlar tərəfindən sui-istifadə hallarına yol verilir. Bununla bağlı səlahiyyətimiz çərçivəsində addımlar atırıq, eyni zamanda aidiyyatı dövlət qurumları ilə əməkdaşlıq edirik”.

Regionxeberleri.com-un “Report”a istinadən xəbərinə görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev rəhbərlik etdiyi qurumla Baş prokurorun müavini-Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi arasında Əməkdaşlıq Memorandumunun imzalanma mərasimində deyib.

Komitə sədri sahibkarlara müraciət edib. O vurğulayıb ki, tikinti zamanı müvafiq dövlət qurumundan icazə alınmalıdır: “İcazə sənədi olmadan tikinti işlərinə başlamaq olmaz. Bəzi hallarda bu sənəd olmadan tikinti işləri həyata keçirilir. Sahibkarlar işlərini qanun çərçivəsində qurmalıdırlar”.


Paylaş:


Müəllif : Tarix:
10-08-2018, 11:55
  


loading...
Загрузка...