Samuxda özünü yandıran keçmiş universitet müəllimi xəstəxanada ölüb - YENİLƏNİB » Regionxeberleri.com Samuxda özünü yandıran keçmiş universitet müəllimi xəstəxanada ölüb - YENİLƏNİB » Regionxeberleri.com

reklam
» » Samuxda özünü yandıran keçmiş universitet müəllimi xəstəxanada ölüb - YENİLƏNİB

reklam

Samuxda özünü yandıran keçmiş universitet müəllimi xəstəxanada ölüb - YENİLƏNİB

Samux rayonunda özünü yandıran keçmiş universitet müəllimi xəstəxanada ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

*** 13:40

Samux rayon sakini ağır dərəcəli yanıq xəsarətləri alıb.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qovlarsarı kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1941-ci il təvəllüdlü Həsən Qəzənfər oğlu Yusifov üzəri alovlanmış vəziyyətdə yaşadığı evin həyətindən küçəyə çıxıb. Ətrafdakıların köməyi ilə alov söndürülüb və H.Yusifov xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. H.Yusifovun özü-özünü yandırdığı ehtimal olunur.

Onun kənd təsərrüfatı üzrə elmlər namizədi olduğu və əvvələr universitetlərin birində müəllim işlədiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
10-08-2018, 16:14
  


loading...