Bakının məşhur restoranında kütləvi zəhərlənmə - 13 nəfər xəstəxanalıq oldu » Regionxeberleri.com Bakının məşhur restoranında kütləvi zəhərlənmə - 13 nəfər xəstəxanalıq oldu » Regionxeberleri.com

reklam
» » Bakının məşhur restoranında kütləvi zəhərlənmə - 13 nəfər xəstəxanalıq oldu

reklam

Bakının məşhur restoranında kütləvi zəhərlənmə - 13 nəfər xəstəxanalıq oldu

Qida Təhlükəsizliyi Agentliyi baş vermiş zəhərlənmə hadisəsi ilə bağlı açıqlama yayıb.

AQTA-dan verilən məlumata görə, 11.08.2018-ci il tarixində Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev prospekti 82 ünvanında yerləşən "Tonqal” restoranında baş vermiş kütləvi zəhərlənmə hadisəsi ilə bağlı daxil olmuş məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyində dərhal operativ işçi qrupu yaradılmış, hadisənin baş verdiyi restoranda, zəhərlənən şəxslərin yerləşdirildiyi Klinik Tibbi Mərkəzdə və 2 saylı Uşaq Kliniki Xəstəxanasında qida təhlükəsizliyi araşdırmalarına başlanılmışdır.

İlkin məlumatlara əsasən, axşam saat 20:00 radələrində "Tonqal” restoranında iki ayrı masada qidalanan müxtəlif ailə üzvlərində bir neçə saatdan sonra zəhərlənmə əlamətləri baş vermişdir. Hadisə nəticəsində 3-ü azyaşlı olmaqla 13 nəfər zəhərlənib.

Mütəxəssislər tərəfindən xəstələrdən nümunələr götürülmüş və aidiyyatı üzrə laboratoriyaya göndərilmişdir. İlkin araşdırmalara görə zəhərlənməyə səbəb baytarlıq-sanitariya nəzarətindən keçirilməmiş ət və ət məhsullarından hazırlanan qidalar olmuşdur.

Bundan əlavə hadisənin baş verdiyi "Tonqal” restoranında müvafiq epidemoloji araşdırmalar aparılmış, bir sıra ciddi qida təhlükəsizliyi qaydalarının pozulduğu müəyyən olunmuş və faktla bağlı protokol tərtib edilmişdir.

Araşdırmalar davam etdirilir, araşdırmanın nəticəsi ilə bağlı geniş məlumat ictimaiyyətin diqqətinə çatdırılacaq.

Qeyd edək ki, zəhərlənən 13 nəfərdən 11-i aparılan müayinə və müalicələrdən sonra evə buraxılmış, 2 nəfər azyaşlının müalicəsi isə 2 saylı Uşaq Kliniki Xəstəxanasında davam etdirilir. Hazırda onların vəziyyəti qənaətbəxşdir.


Paylaş:


Müəllif : Tarix:
13-08-2018, 11:03
  


loading...