reklam
» » Neftçalada 20 minlik cinayətin üstü açıldı

reklam

Neftçalada 20 minlik cinayətin üstü açıldı

Neftçala rayonunda 20 min manatlıq qızı-zinət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan şəhər regional qrupundan verilən məlumata görə, Neftçala rayonunun Xolqaraqaşlı kənd sakini Vidadi Hüseynov avqustun 12-də rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək evindən 20 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər - Neftçala rayon sakini Murad Ələkbərov və Salyan rayon sakini Nuruş Əmənov saxlanılaraq Polis şöbəsinə gətirilib.

Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayət əməlini etiraf ediblər, oğurladıqları qızıl-zinət əşyaları onlardan maddi sübut kimi götürülüb.

Faktla bağlı Neftçala rayon Polis şöbəsinin istintaq bölməsində araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
13-08-2018, 20:35
  


loading...
Загрузка...