reklam
» » Qobuda bərbad yola görə təcili yardım ünvana çata bilmədi - FHN İŞƏ QARIŞDI

reklam

Qobuda bərbad yola görə təcili yardım ünvana çata bilmədi - FHN İŞƏ QARIŞDI

Qobuda bərbad yol təcili yardımın ünvana çatmasına imkan verməyib.

Regionxeberleri.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Abşeron rayonunun Qobu qəsəbəsinin sakini, 1964-cü il təvəllüdlü Reyhan Məhərrəm qızı Quliyevanın səhhəti kəskin pisləşdiyi üçün yaşadığı ünvana həkim briqadası çağırılıb, lakin yolun keçilməzliyi səbəbilə Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (TTTYS) avtomobili çağırış olan əraziyə çata bilməyib.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər xəstəni xərəklə TTTYS-nin avtomobilinin olduğu əraziyə çatdıraraq həkim briqadasına təhvil veriblər.


Paylaş:


Müəllif : Tarix:
14-08-2018, 16:19
  


loading...
Загрузка...