reklam
» » Səbail rayonunda mənzildən 7 min manatlıq pul və qızıl oğurlandı

reklam

Səbail rayonunda mənzildən 7 min manatlıq pul və qızıl oğurlandı

Badamdar qəsəbəsi, Dağlar küçəsində yerləşən mənzildə oğurluq cinayəti baş verib.
Regionxeberleri.com-un “Ölkə.Az”a istinadən xəbərinə görə, naməlum şəxs və ya şəxslər Şahin Sadıqova məxsus mənzilin pəncərəsinin dəmir barmaqlıqlarını sındırmaqla 1000 manat, 1300 ABŞ dolları və 4 min manatlıq qızıl oğurlayıblar. Zərərçəkən baş vermiş cinayətlə bağlı Səbail RPİ-nin 41-ci Polis Bölməsinə məlumat verib. Hadisə yerinə gələn əməliyyatçılar pəncərədəki əl-barmaq izlərinin nümunələrini götürüblər və hadisə şahidlərinin izhatlarını alıblar.
Faktla bağlı Səabil RPİ-nin İstintaq şöbəsində cinayət məcəlləsinin oğurluq maddəsiylə cinayət işi başlanıb.


Paylaş:


Müəllif : Tarix:
15-08-2018, 12:30
  


loading...
Загрузка...