reklam
» » “Qarabağ” dərdinə dözməyən Əvəzov özünü güllələdi - ASTANADA AZƏRBAYCANLI SAHİBKARIN FACİƏSİ

reklam

“Qarabağ” dərdinə dözməyən Əvəzov özünü güllələdi - ASTANADA AZƏRBAYCANLI SAHİBKARIN FACİƏSİ

Qazaxıstanın paytaxtı Astanada, Karaqanda və Pavlodar vilayətlərini birləşdirən avtomobil yolunun kənarında yerləşən “Qarabağ” kafesinin sahibi, azərbaycanlı Mayor Əvəzov özünü güllələyib. Virtualaz.org qazax KİV-lərinə istinadən xəbər verir ki, 58 yaşlı Əvəzovun meyiti kafenin 100 metrliyində, meşə zolağında tapılıb. Məlumatı Qazaxıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti təsdiqləyib. Əvəzovun özünə ov tüfəngindən atəş açdığı bildirilir.

Məlumata görə Əvəzov sahibi olduğu kafenin Astana ədliyyə departamentinin dövlət məhkəmə icraçıları tərəfindən sökülməsinə etiraz olaraq intihar edib. Faktla bağlı intihar həddinə çatdırma maddəsi ilə cinayət işi qaldırılıb.

2017-ci ilin sentyabrında paytaxtın Almata rayon məhkəməsi şəhər hakimiyyətinin Mayor Əvəzova qarşı kafenin məcburi sökülməsi barədə iddia qaldırıb. İddiaya əsasən sahibkar təxminən 1 sotluq ərazidə yerləşən kafeni sökməli, ərazini boşaltmalı idi. Şəhər hakimiyyəti ərazinin qanunsuz zəbt edildiyini iddia edib. Lakin Əvəzovun nümayəndəsi məhkəmədə bildirib ki, ərazinin icarəsinə dair “Astana Green Resource” şirkəti ilə müqavilə var.

 


Paylaş:


Müəllif : Tarix:
17-08-2018, 16:24
  


loading...
Загрузка...