reklam
» » Qubada meşədə yanğın olub

reklam

Qubada meşədə yanğın olub

Qubada dağ massivində yanğın baş verib.

Bu gün rayonun Gədikqışlaq kəndində 10 hektar ərazini əhatə edən yanğın olub. Meşə-kolluq və əkin sahələri yanıb.

Əraziyə ikisi FHN Şabran rayon bölməsindən, biri Quba rayon şöbəsindən olmaqla 3 ədəd yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.

Yanğın söndürülüb, ətraf ərazilər yanğından mühafizə olunub.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
20-08-2018, 22:49
  


loading...
Загрузка...