reklam
» » İki nəfər intihar etmək istədi...

reklam

İki nəfər intihar etmək istədi...

 
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 2 nəfər kişi tikilməkdə olan çoxmərtəbəli binanın 13-cü mərtəbəsinə çıxaraq intihar etmək istədiklərini nümayiş etdiriblər.

 Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşlarla aparılan psixoloji söhbətlər nəticəsində onlar, özlərinə qəsd etmək fikrindən daşınıblar. Əməliyyat başa çatıb.




Paylaş:


Müəllif : Tarix:
20-08-2018, 23:07
  


loading...
Загрузка...