reklam
» » Dəhşətli qəzada ölən və yaralanan tələbələrin TAM SİYAHISI

reklam

Dəhşətli qəzada ölən və yaralanan tələbələrin TAM SİYAHISI

Bu gün Bakı-Sumqayıt yolunda baş verən dəhşətli qəzada xəsarət alanların hamısının şəxsiyyəti dəqiqləşdirilib.

Lent.az-xəbər verir ki, mikroavtobusun yük maşınına çırpılması nəticəsində xəsarət alan 17 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onların adları bunlardır:

Babayev Orxan

Mirzəyeva Mina

Qocayev Nicat

Cəfərova Aytən

Əsgərli Oqtay

Fərzəliyeva Xavər

Tağıyev Samir

Cəbiyev Əfsər

Manafov Bəybala

Kərimova Təranə

Həsənov Elgiz

Məmmədov Məhəmməd

Quluzadə Aytən

Baxışova İlahə

Əmani Abbas

Əliyev Elvin

Mürsəlzdə Aydan

 

4 nəfər isə Kliniki Tibbi Mərkəzə aparılıb. Onlardan Rəşad Canıyev xəstəxanada vəfat edib. 1 nəfər ambulator müalicəyə yazılıb. Emin Həmidov və Lalə Nəsibzadə isə reanimasiyaya yerləşdirilib. L.Nəsibzadə əməliyyat edilib, vəziyyəti kritikdir.

 
Qeyd edək ki, İmrahim Nəsibov və İbrahim Quliyev adlı iki tələbə hadisə yerində vəfat edib.
 
*****
 
 
10:57
 
 
Bu gün Bakı-Sumqayıt yolunda baş vermiş dəhşətli qəzada ölənlərin sayı 5-ə çatıb. Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, 2 tələbə hadisə yerində, 3 nəfər isə xəstəxanada vəfat edib.
 
Ölənlərdən 4-ü kişi, 1-i isə qızdır.
 
 
Bildirilir ki, ölən tələbələr universitetinin Fizika və Tarix Fakültələrində oxuyurmuş.
 
Hazırda yaralıların və ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.
 
 
 
*****
 
 
Bu gün Bakı-Sumqayıt yolunun Masazırdan keçən hissəsində baş vermiş dəhşətli qəzada ölən tələbələrin adları açıqlanıb. Lent.az xəbər verir ki, Sumqayıt Dövlət Universitetinin tələbələrini aparan mikroavtobusun "Zil"ə çırpılması nəticəsində ölən şəxslər 21 yaşlı İbrahim Quliyev, 21 yaşlı İbrahim Nəsirov və şəxsiyyəti hələ tam dəqiqləşdirilməmiş 18 yaşlı Rəşad adlı gəncdir. Onların üçü də hadisə yerində vəfat edib.
 
Qəzada yaralanan şəxslərin sayının isə 17 nəfər olduğu bildirilib.
 
 
*****
 
 
10:11
 
 
 
Bu gün Bakı-Sumqayıt yolunda baş vermiş dəhşətli qəzada xəsarət alan 14 nəfər Sumqayıt şəhər Xəstəxanasına yerləşdirilib. Bu barədə Lent.az-a xəstəxanadan bildirilib. Hazırda yaralıların şəxsiyyəti dəqiqləşdirilir.
 
 
Bildirilib ki, "Ford tranzit" markalı mikroavtobusun "ZİL"ə çırpılması nəticəsində 3 nəfər hadisə yerində vəfat edib. Ölən və xəsarət alanların əksəriyyəti Sumqayıt Dövlət Universitetinin tələbələri olub.
 
 
*****
 
 
9:31
 
 Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Lent.az-a açıqlamasında deyib ki, hadisə saat 8.45 radələrində Bakı-Quba yolunun 11.5-ci km-də baş verib. İlkin olaraq hadisə yerində 2 nəfərin ölümü qeydə alınıb. 10 nəfərə yaxın yaralı isə Sumqayıt xəstəxanalarına aparılıb: "Hadisənin baş verməsinə Bakı-Sumqayıt mikroavtobusunun nasazlıq səbəbindən yolda dayanmış "Zil" markalı yük avtomobilinə çırpılması səbəb olub. Həmin ərazi axşamdan lentə də alınıb. Görünür, sürücü ya yuxulu olub, ya da diqqəti yayınıb. Hadisə ilə bağlı araşdırma aparılır"

 
***
 
 
09:17
 
 
Bakı-Sumqayıt avtobusunun maneəyə çırpılması nəticəsində baş verən qəzada ölən və yaralananlar var.
 
 
Abşeron rayon Təcili Yardım Stansiyasından Lent.az-a bildirilib ki, ilkin məlumata görə, qəzada 3 nəfər ölüb, 4 nəfər isə yaralanıb.
 
 
Yaralılar hazırda xəstəxanaya aparılır.
 
 
***
 
08:50
 
 
Abşeron rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
 
APA-nın məlumatına görə, “Ford-Tranzit” markalı sərnişin mikroavtobusu yolun kənarındakı maneəyə çırpılıb.
 
İkin məlumata görə, hadisə nəticəsində xəsarət alanlar var. Qəza yerinə yol polisi və təcili tibbi yardım maşınları cəlb olunub.
 
Yolda avtomobillərin sıxlığı yaranıb.
 
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, qəza Bakı-Sumqayıt yolunda baş verib. Məlumata görə, Bakıdan Sumqayıta gedən mikroavtobusun sürücüsü  yola çıxan piyadanı vurmamaq üçün manevr etmək istəyib, nəticədə mikroavtobus maneəyə çırpılıb. Hadisə yerində yol polisi işləyir.
 
İdarədən qəza nəticəsində xəsarət alanların olduğu bildirilib.


Paylaş:


Müəllif : Tarix:
9-03-2017, 11:51
  


loading...
Загрузка...