reklam
» » Yaşlı qadının 35 minlik qızıllarını oğurladılar - Masallıda oğrular niyə tutulmur?

reklam

Yaşlı qadının 35 minlik qızıllarını oğurladılar - Masallıda oğrular niyə tutulmur?

Masallı rayonunda yaşlı qadının evini soyublar.
 
Regionxeberleri.com bildirir ki, bu barədə BakuPost-a zərərçəkənin bacısı oğlu Müslüm Məmmədov məlumat verib. Onun sözlərinə görə, hadisə ötən ilin iyununda baş versə də, polis oğruları tapmaq istəmir: "Xalamın 63 yaşı var. Onun evindən bizə məxsus 35 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıblar. Həmin vaxt 102 xidmətinə, sonra da Masallı Rayon Polis Şöbəsinə müraciət etsək də, oğruları tapmırlar”.
 
Şikayətçi bu məsələdə polisi səhlənkarlıqda ittiham edir: "Məsələ ilə bağlı heç iş görülmür. Şübhələndiyimiz adamlar da var, heç onları da dindirən yoxdur. Xalam dəfələrlə polis rəisinin qəbulunda olub. O isə məsələni nəzəratə götürmək əvəzinə onu təhqir edərək, kabinetindən qovub. Ümumiyyətlə, Masallıda demək oar ki, heç bir oğurluq hadisəsinin üstü açılmır. Vahid adlı şəxsin işlətdiyi mağazada Masallının Diyə kəndində də oğurluq olmuşdu. Milli Ön aparatını yarıb içindəki bütün pulu aparmışdılar. 6-7 ay əvvəl olmuşdu. Heç onların da şikayətinə baxılmır”.

Müslüm Məmmədov hadisənin necə baş verdiyini də açıqlayıb: "Qonşuda toy idi. Bizim evdə 8 qadın xonça bəzəyirdi. Onlar gedəndən sonra qızıl yoxa çıxıb. O qadınların hansına gedirik, heç biri boynuna almır. Biz polisə əsas şübhələndiyimiz adamın adını demişik, polis o adamı bir dəfə də olsun çağırıb ifadəsini almır.

1 ildir belə sürünürük. Kimə müraciət ediriksə, işimizə baxmırlar”.


Paylaş:


Müəllif : Tarix:
18-09-2018, 15:32
  


loading...
Загрузка...