reklam
» » Məcburi köçkün özünü çaxır zavodunun həyətində asdı

reklam

Məcburi köçkün özünü çaxır zavodunun həyətində asdı

Daşkəsən rayonunda 51 yaşlı kişi intihar edib.

Regionxeberleri.com Report-a istinadən xəbər verir ki, hadisə rayonun Bayan kəndindəki çaxır zavodunun ərazisində qeydə alınıb.

Orada məskunlaşan Kəlbəcərdən olan məcburi köçkün, 1967-ci il təvəllüdlü Kərimov Mübariz Musa oğlu özünü asaraq intihar edib.

İntiharın dəqiq səbəbi hələ məlum deyil.

Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
19-09-2018, 14:06
  


loading...
Загрузка...