reklam
» » Kürdəmirdə qətl - Kişi həmyerlisini güllələdi

reklam

Kürdəmirdə qətl - Kişi həmyerlisini güllələdi

Sentyabrın 18-də Kürdəmir şəhərinin C.Cabbarlı küçəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Mübariz Əhmədov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmyerlisi Elsevər Məmmədova xəsarət yetirib hadisə yerini tərk edib.

Regionxeberleri.com DİN-in saytına istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirilmiş E.Məmmədov ölüb.

Kürdəmir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Əhmədov saxlanılmış və ondan cinayətdə istifadə etdiyi "Girsan” markalı ov tüfəngi götürülüb.


Paylaş:


Müəllif : Tarix:
19-09-2018, 16:44
  


loading...
Загрузка...