reklam
» » Varlanmaq istəyi azərbaycanlını həbsə göndərdi - Rusiyada

reklam

Varlanmaq istəyi azərbaycanlını həbsə göndərdi - Rusiyada

Rusiyada saxta aksizli spirtli içki satan Azərbaycan vətəndaşına hökm oxunub.

Regionxeberleri.com rus mətbuatına istinadən xəbər verir ki, Rusiyanın Volqoqrad vilayətinin Çerepovetski şəhər məhkəməsinin qərarına görə, azərbaycanlı şəxs 1 il 6 ay müddətinə həbs və 300 min rubl pul cəzası alıb.

Azərbaycanlı məhkəmədə günahını boynuna alıb və varlanmaq istədiyi üçün bu yola əl atdığını etiraf edib.

Qeyd edək ki, 2017-ci ilin iyun ayında Azərbaycan vətəndaşı üzərində aksiz markası olmayan 8 min butulka araq, konyak və qırmızı çaxır satmaq istəyib.

Müsadirə olunan ümumi malın dəyəri 1,7 milyon rubl olub.


Paylaş:


Müəllif : Tarix:
20-09-2018, 17:07
  


loading...
Загрузка...