reklam
» » Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru işdən çıxarılıb

reklam

Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru işdən çıxarılıb

Azərbaycan Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Hikmət Həsənov işdən çıxarılıb.

Regionxeberleri.com-un Open.az-a istinadən əldə etdiyi məlumata görə, H. Həsənov öz xahişi ilə tutduğu vəzifədən azad edilib.

Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru vəzifəsinin müvəqqəti icrası baş direktorun müavini Raud Əsədova həvalə edilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova faktı Open.az-a təsdiqləyib.

Qeyd edək ki, H. Həsənov bu ilin fevralında Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru vəzifəsinə təyin olunmuşdu. O, bundan əvvəl Bakı Sağlamlıq Mərkəzinin baş həkimi vəzifəsində çalışıb.


Paylaş:


Müəllif : Tarix:
21-09-2018, 11:19
  


loading...
Загрузка...