reklam
» » Azərbaycanda quş ovuna çıxan ərəb TUTULDU

reklam

Azərbaycanda quş ovuna çıxan ərəb TUTULDU

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Salyan rayonunun Kalmas adlanan ərazisində icazəsiz ova cəhd edən 2 nəfəri saxlayıb.

Regionxeberleri.com bildirir ki, bu barədə BakuPost-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Araşdırma zamanı ova cəhd edənlərin Bəhreyn Krallığının və Pakistan İslam Respublikasının vətəndaşları Mohammed Ali Al-Marri, Faesal Shah olduğu məlum olub. Onlardan quş ovlamaq üçün ləvazimatlar götürülüb.

Təqsirkarların hər biri inzibati qaydada 2000 manat məbləğində cərimə olunub.


Paylaş:


Müəllif : Tarix:
21-09-2018, 12:56
  


loading...
Загрузка...