reklam
» » Uşağını da götürüb evdən qaçan gəlin tapıldı: - Anasının sevgilisinin evindən

reklam

Uşağını da götürüb evdən qaçan gəlin tapıldı: - Anasının sevgilisinin evindən

Zərdabda 3 aylıq körpəsini də götürüb ər evindən qaçan 19 yaşlı Hacıyeva Aynaz Elşən qızı tapılıb.

Regionxeberleri.com BiG.AZ-a istinadən xəbər verir ki, bu haqda Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi “Səni Axtarıram” verilişində yoxa çıxan gəlinin qayınanası Şəmsiyyə məlumat verib. O bildirib ki, oğlu hərbi xidmətdədir:

“Ona 5 günlük icazə veriblər ki, get övladını tap. O, Salyana Aynazın anasının yanına gedib. Qızın anası bir oğlanla birgə yaşayır, özü də qeyri-rəsmi. Oğlum o evə gedəndə görüb ki, gəlinlə uşaq da oradadır. Qızın anası Leyla deyib ki, qızıma yaxın durma. Oğlum da bildirib ki, uşaq mənimdir. Mən ondan ötrü 5 günlük icazə almışam. Mən vətən qoruyuram. Qaçmamışam. Övladım üçün icazə almışam. Gəlinimin evdən qaçmasında günahkar anası Leyladır. Mən gəlinim Aynaza canımı da verərəm”.

Qeyd edək ki, Aynaz Hacıyevanın həyat yoldaşı hərbi xidmətdədir. 2000-ci il təvəllüdlü Aynaz Hacıyeva sentyabrın 20-də səhər saat 4-5 radələrində üç aylıq qızını da götürərək evdən qaçmışdı. A.Hacıyeva ötən ilin sentyabr ayında Xaçmaz rayonundan Zərdaba gəlin köçüb.

 


Paylaş:


Müəllif : Tarix:
27-09-2018, 17:19
  


loading...
Загрузка...