reklam
» » Bakıda “Land Cruiser” piyadanı vurub öldürdü

reklam

Bakıda “Land Cruiser” piyadanı vurub öldürdü

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib. Paytaxt sakini Hüseynov Pərviz Mehdi oğlu idarə etdiyi “Toyota Land Cruiser” markalı 90-OL-019 dövlət nömrə nişanlı avtomobillə Bakıxanov qəsəbəsində, Mehmandarov küçəsi ilə hərəkətdə olarkən yolu keçən piyada Şirbitov Kamal Soltan oğlunu vurub.

Yaralı ağır vəziyyətdə 3 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılsa da, orada ölüb.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi başlanıb.


Paylaş:


Müəllif : Tarix:
11-10-2018, 20:59
  


loading...
Загрузка...