reklam
» » Goranboyda ağır yol qəzası - 1 ölü, 5 yaralı

reklam

Goranboyda ağır yol qəzası - 1 ölü, 5 yaralı

Goranboy rayonunda ağır yol qəzası baş verib.

Regionxeberleri.com Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə oktyabrın 11-də saat 8 radələrində rayonun Aşağı Ağcakənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, Goranboy rayonunun Zeyvə kənd sakini Kamran Quliyevin idarə etdiyi "Niva” və Börü kənd sakini Şaiq Sadıqzadənin idarə etdiyi "VAZ-21015” markalı avtomobillər toqquşub, K.Quliyev idarəetməni itirdiyindən avtomobili yolun kənarındakı boruya vurub. Nəticədə K.Quliyevin sərnişinlərindən Zakir Səmədov hadisə yerində ölüb, özü və digər 4 sərnişini xəstəxanaya yerləşdirilib.

Xocalı rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
12-10-2018, 13:12
  


loading...
Загрузка...