reklam
» » Bakıda lift faciəsində qadının ölməsinə görə 1 nəfər HƏBS EDİLDİ

reklam

Bakıda lift faciəsində qadının ölməsinə görə 1 nəfər HƏBS EDİLDİ

Bakıda binanın liftinin qırılması ilə bağlı "Nəsimi 3” MMC-nin idarə heyətinin sədri Əzizov Soltanəhməd Şota oğlu barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə əlaqədar istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb.

Regionxeberleri.com Oxu.az-a istinadən xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə verilən təqdimat təmin edilib.

Ş.Əzizov barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hadisə Asif Məhərrəmov küçəsi 44 ünvanında, "Göyəzən MTK-nın inşa etdiyi binada baş verib.
 
Hadisə nəticəsində lift 1979-cu il təvəllüdlü Yusifova Mahirə Yusif qızının üzərinə düşüb və nəticədə, qadın hadisə yerində dünyasını dəyişib.

İlkin araşdırma nəticəsində məlum olub ki, lift 2016-cı ildə mənzil mülkiyyətçilərinin müştərək idarə etdiyi "Nəsimi 3” adı ilə qeydiyyata alınmış şirkət tərəfindən quraşdırılan liftin trosları zədələnib.

Lakin "Nəsimi 3” MMC-nin idarə heyətinin sədri Əzizov Soltanəhməd Şota oğlu bu sahə üzrə heç bir peşə bacarığı olmadan, özbaşına, aidiyyəti qurumların mütəxəssislərini dəvət etmədən və texniki təhlükəsizlik qaydalarına riayət etmədən liftin kabinəsini saxlayan trosları dəyişmək üçün lifti 9-cu mərtəbəyə qaldırıb, liftin aşağı düşməsinin qarşısını almaq üçün 10-cu mərtəbədə liftin mühərrikinin şkiflərinin üzərindən üç ədəd trosu sıxac vasitəsilə şkifə sıxıb.


Paylaş:


Müəllif : Tarix:
16-10-2018, 16:35
  


loading...
Загрузка...