reklam
» » Qaxda ağacdan yıxılan 21 yaşlı oğlan ölüb

reklam

Qaxda ağacdan yıxılan 21 yaşlı oğlan ölüb

Qax rayonunda qoz ağacından yıxılan 21 yaşlı gənc aldığı xəsarətlərdən ölüb.

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Güllük kəndi ərazisində baş verib.

Kənd sakini, 1997-ci il təvəllüdlü Elşad Ələkbər oğlu Mirzəyev ağacdan yıxılaraq ağır xəsarət alıb. Yaxınlarının köməkliyi ilə xəstəxanaya aparılan E.Mirzəyev yolda ölüb.

O, qoz yığan zaman ehtiyatsızlıqdan hündür ağacdan yıxılıb.

Faktla bağlı araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
17-10-2018, 16:27
  


loading...
Загрузка...