reklam
» » Mingəçevirdə 7 mənzildən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

reklam

Mingəçevirdə 7 mənzildən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan DİA.AZ-a verilən məlumata görə, Mingəçevir şəhərində müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlara məxsus 7 mənzildən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin Mingəçevir şəhər sakini əvvəllər məhkum olunmuş Sahil Hüseynli olduğu müəyyən edilib. Onun ayrı-ayrı vətəndaşlara məxsus evlərdən ümumi dəyəri 20.000 manat olan pul,qızıl-zinət və məişət əşyalarının oğurlayaraq maddi ziyan vurması müəyyən edilib.

Dindirilmə zamanı S.Hüseynli törətdiyi cinayət əməllərini etiraf edib.

Faktla bağlı Mingəçevir ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
18-10-2018, 12:54
  


loading...
Загрузка...