reklam
» » Gəmidə zəhərlənənlərdən 4 nəfərin vəziyyəti orta ağırdır - Baş həkim

reklam

Gəmidə zəhərlənənlərdən 4 nəfərin vəziyyəti orta ağırdır - Baş həkim

Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus “Nazmehr” quru yük gəmisinin zəhərlənən 12 heyət üzvündən 8 nəfəri 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsində müalicə olunurlar.

Regionxeberleri.com bildirir ki, bu barədə Trend-ə özəl açıqlamasında 1 saylı Kliniki Tibbi Mərkəzin baş həkimi Ədalət Dadaşov deyib.

Onun sözlərinə görə, zəhərlənənlərdən 4 nəfərin vəziyyəti orta ağır, 4 nəfərin vəziyyəti isə nisbi kafidir: "Hazırda müalicələri davam etdirilir. Həmin şəxslər gəmidə taxıla vurulan kimyəvi maddədən zəhərləniblər. Artıq zəhərlənənlərin vəziyyətləri yaxşılaşmağa doğrudur, müalicələr müsbət təsir göstərir".

Xatırladaq ki, Xəzər dənizində Aktaudan Bakıya gələn gəminin heyət üzvləri arasında kütləvi zəhərlənmə olub.

Sərhəd gözətçi gəmisi 00:30 radələrində “Nazmehr” yük gəmisinə yan alaraq 7 nəfər ağır vəziyyətdə olan heyət üzvünü qəbul edib ilkin tibbi yardım göstərməklə sahilə Abşeron limanı istiqamətində hərəkət edib. Xəstələrə təcili tibbi yardımın göstərilməsi üçün limana həkim briqadaları cəlb olunub.

Həkim briqadası gələnə qədər 3 nəfər hadisə yerində keçinib.


Paylaş:


Müəllif : Tarix:
19-10-2018, 10:35
  


loading...
Загрузка...