reklam
» » Bakıda əməliyyat - Heroin satanlar tutuldu

reklam

Bakıda əməliyyat - Heroin satanlar tutuldu

Bakıda külli miqdarda heroin satan şəxs yaxalanıb.

Regionxeberleri.com Trend-ə istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisindəki "Göyəzən" restoranında baş verib.

Bakı şəhər sakini Mirzəyev Fərid Misir oğlunun 1 kiloqram heroini satmaq istəməsi barədə Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinə məlumat daxil olub.

F.Mirzəyev adıçəkilən restoranda 1 kiloqram 118,2 qram narkotik vasitə hesab edilən heroini 22 min manata şərti alıcı Mustafayev Elçin Mustafa oğluna satmaq üçün sövdələşib. Sonra onun zəngi ilə Səbail rayonu Bayıl qəsəbəsi, 20-ci dairə ərazisində əmisi oğlu Bayrıyev Müslüm Əhmədağa oğlu həmin narkotik maddəni E.Mustafayevə satarkən polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi başlanıb.


Paylaş:


Müəllif : Tarix:
20-10-2018, 16:19
  


loading...
Загрузка...