reklam
» » “Qəbələ”nin sabiq futbolçusu separatçılıqda ittiham olundu - UKRAYNADA

reklam

“Qəbələ”nin sabiq futbolçusu separatçılıqda ittiham olundu - UKRAYNADA

"Qəbələ”nin sabiq futbolçusu Aleksey Qay qalmaqalla üzləşib.

Regionxeberleri.com "Report”-a istinadən xəbər verir ki, bu ay Donetsk "Olimpik”i ilə müqavilə bağlayan 36 yaşlı yarımmüdafiəçi vətəni Ukraynada  yaxşı qarşılanmayıb.
 
Azərkeşlər Premyer Liqanın XII turunda "Çernomorets”lə debüt oyununda Qayı fitə basıblar, eləcə də onun əleyhinə "Lyoşa, sənə "Kuban”da nə qədər verirdilər?” və "Qay – separ” (separ - separatçı) şüarları səsləndiriblər.

Fanatlar bununla futbolçunun son iki mövsümdə Rusiyanın "Kuban” klubunun formasını geyinməsinə və "Çernomorets”də çıxış etdiyi vaxt Ukrayna ordusuna dəstək aksiyasına qoşulmamasına etiraz ediblər.

Qeyd edək ki, Aleksey Qay "Qəbələ”də 2015-ci ilin yanvarından 2016-cı ilin iyununadək çıxış edib.


Paylaş:


Müəllif : Tarix:
22-10-2018, 12:34
  


loading...
Загрузка...