reklam
» » Bakıda 19 nəfərdən rüşvət alan bağça müdiri və nazirliyin əməkdaşının məhkəməsi başlayıb

reklam

Bakıda 19 nəfərdən rüşvət alan bağça müdiri və nazirliyin əməkdaşının məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət alma və dələduzluqda təqsirləndirilən “Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Regionxeberleri.com-un "Report"a istinadən əldə etdiyi məlumata görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesə təqsirləndirilən şəxslərdən A.Əliyev gəlməyib.

Bildirilib ki, barəsində həbs qətimkan tədbiri seçilməyən həmin şəxsə məhkəmənin hazırlıq iclasının başlanacağı tarix barədə məlumat verilib.

Daha sonra digər təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Barəsində həbs qətimkan tədbiri seçilmiş A.Əliyeva bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tovuz rayon şöbəsində dövlət qulluqçusu vəzifəsində çalışıb.

Məhkəmədə zərərçəkmişlərin də anket məlumatları dəqiqləşdirilib. Həmin şəxslər mülki iddia qaldırdıqlarını deyiblər.

İttiham aktına əsasən, Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsində hündürmərtəbəli binanın birinci mərtəbəsində fəaliyyət göstərən “Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyevin barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən) və 178.2.1; 178.2.2-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.


Paylaş:


Müəllif : Tarix:
22-10-2018, 14:57
  


loading...
Загрузка...