reklam
» » Şəkida daha bir nadir olay - pişik 29 yaşlı qadını...

reklam

Şəkida daha bir nadir olay - pişik 29 yaşlı qadını...

Şəkidə 29 yaşlı qadına pişik hücum edib.

Regionxeberleri.com Open.az-a istinadən xəbər verir ki, hadisə rayonun Böyük Dəhnə kəndində qeydə alınıb. Kənd sakini, 1989-cu il təvəllüdlü Türkan Əsədullah qızı Məmmədova yaşadığı evin həyətində sahibsiz pişiyin hücumuna məruz qalıb. Nəticədə pişik onun sağ əlini və sol ayağını dişləyərək qaçıb.

T. Məmmədova dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Xəstəxanadan Open.az-a bildirilib ki, T. Məmmədovaya lazımi tibbi yadım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Qeyd edək ki, bu son günlər Şəkidə baş verən ikinci maraqlı hadisədir. Belə ki, ötən gün Şəkidə 5 yaşlı uşağı siçovul dişləyib.


Paylaş:


Müəllif : Tarix:
22-10-2018, 17:10
  


loading...
Загрузка...