reklam
» » Əlil arabası 400 min dollara satıldı

reklam

Əlil arabası 400 min dollara satıldı

Britaniyalı alim Stiven Hokinqin əlil arabası və dissertasiyası 1 milyon dollara satılıb.
Regionxeberleri.com "Kommersant.az"-a istinadən xəbər verir ki, "Associated Press"in məlumatına görə, "Christie's", auksion evində keçirilən hərracda alimin əlil arabası 390 min dollara, dissertasiyası isə 765 min dollara satılıb.

Stiven Hokinqin qara rəngli gödəkçəsi 52 min dollara, "Vaxtın qısa tarixi" kitabının nüsxəsi isə 90 min dollara satılıb.

Hərraca eyni zamanda kosmoloqun elmi işləri, portreti və "Simsonlar" cizgi filminin seriyalarından birinin ssenarisi də çıxarılıb.

Hərracdan əldə edilən gəlir, Hokinq Xeyriyyə Fonduna köçürüləcək.


Paylaş:


Müəllif : Tarix:
9-11-2018, 16:18
  


loading...
Загрузка...