reklam
» » Tanınmış modelyerə qarşı cinayət törədənlər hakim qarşısına çıxarılır

reklam

Tanınmış modelyerə qarşı cinayət törədənlər hakim qarşısına çıxarılır

Tanınmış modelyer Leyla Əhmədovaya qarşı cinayət törətməkdə təqsirləndirilən Nizami Ağayev, Azər Lütfəliyev və Ceyhun Eyvazovun barəsində olan ibtidai istintaq başa çatıb.
Regionxeberleri.com-un Open.az-a istinadən məlumatına görə, təqsirləndirilən şəxslər barəsində olan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndirilib. Cinayət işi məhkəmənin hakimi Mirzə Xankişiyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası yaxın günlərdə təyin olunacaq.
Məlumata görə, iş üzrə modelyerə dəymiş ziyan 100 min manatdan çoxdur.
Qeyd edək ki, sahibkar, modelyer Leyla Əhmədova hüquqlarının pozulması ilə bağlı bir müddət əvvəl baş prokuror Zakir Qaralova və daxili işlər naziri Ramil Usubova müraciət edib.
O şikayətində bildirib ki, 2014-cü ildə Bakının Cəfər Cabbarlı küçəsi 29 ünvanında yerləşən obyekti Ağayev Nizami Tofiq oğlu və Lütfəliyev Azər İsaq oğlundan icarəyə götürüb.
Onun sözlərinə görə, bir zirzəmi və 3 mərtəbədən ibarət olan obyekti ilkin razılıqla aylıq 24 min manata icarəyə götürüb. Obyekt sahibləri ilə L.Əhmədova arasında əldə olunan razılaşmaya əsasən icarədar obyektə təmir işləri aparmağı və sonrakı dövrdə təmirə xərclədiyi vəsait hissə-hissə aylıq icarə pulundan çıxılmalı imiş. L.Əhmədovanın sözlərinə görə, təmirə başlayandan bir müddət sonra Nizami Ağayev ona maneçiliklər törətməyə başlayıb: “Mən buranın təmirinə 1 milyon 100 min manat pul xərcləmişəm. Amma 1 manat da gəlir əldə etməmişəm. Düşünürəm ki, əslində Nizami Ağayevin əvvəlcədən fikri buranı mənə təmir elətdirib, ondan sonra əlimdən almaq olub. Əvvəlcə binanın 3-cü mərtəbəsini əlimdən aldılar. Orada 15 yeni kondinsioner quraşdırmışdıq. Onun hamısını onlara bağışladım. Müəyyən müddət keçəndən sonra binanın 2-ci mərtəbəsini restoran kimi istifadə eləməyi nəzərdə tutmuşduq və orada buna uyğun olaraq təmir işləri aparmışdıq. Bir gün gəlib baxanda restoranın mətbəx hissəsinin tamamilə dağıdıldığını gördük. Lakin yerə vurduğumuz bahalı parket və digər təmir normal vəziyyətdə qalmışdı. Oranı da Nizami Ağayev əlimizdən aldı”.
L.Əhmədova bildirib ki, mülk sahibi ilə aralarındakı problem orada fəaliyyətə başladıqlarından 3 ay sonra yaranıb. Belə ki, obyekt sahibi müxtəlif bəhanələrlə mülkün işığını söndürüb, qazı, suyu kəsib, kanalizasiya xəttini bağlatdıraraq obyektin işləməsinə imkan verməyib və icarədara külli miqdarda ziyan vurub. O bildirib ki, obyektin icarə müqaviləsinin rəsmi dövlət orqanlarında rəsmiləşdirilməsi zamanı da N.Ağayev saxtakarlığa yol verib. Belə ki, əvvəllər mülk sahibinin həmin binada 2 mənzili olub. Bu mənzillərin ümumi sahəsi isə 108 kvadrat metrdir: “9 nomrəli natariusda müqavilə rəsmiləşdirilən zaman N.Ağayev həmin 2 mənzilin kupçasını təqdim edib və qeyri-yaşayış sahəsini yaşayış sahəsi kimi göstərib. Amma bizimlə imzaladığı müqavilədə 1800 kvadrat metrdir”.
L.Əhmədova bildirib ki, N.Ağayevin yol verdiyi ən böyük saxtakarlıq isə icarəyə dair müqavilə ilə bağlı olub: “Biz əvvəlcədən belə razılaşmışdıq ki, müqavilə təmir yekunlaşandan və biz burada fəaliyyətə başlayandan sonra imzalansın. Amma N.Ağayev öz maraqlarına uyğun müqavilə hazırlayıb və bunu mənim həyat yoldaşımın işçisi olan 1 nəfər təcrübəsiz gəncə imzalatdırıb. Həmin müqavilə ilə biz tanış olandan sonra məlum oldu ki, müqavilə tamamilə N.Ağayevin maraqlarına uyğun hazırlanıb, orada qeyd olunub ki, bütün vergiləri biz ödəməliyik. Bu isə icarə haqqının üstünə böyük məbləğdə əlavə pulun gəlməsi deməkdir.”
Aralarında yaranmış problem dərinləşdikcə orada fəaliyyət göstərmək qeyri-mümkün hala gəlib. Belə bir vəziyyətdə L.Əhmədova mülk sahibinə yeni razılaşma əldə edilməsi ilə bağlı təklif verib: “Çünki artıq mülkün 2 mərtəbəsini əlimdən almışdılar. Nizami Ağayevlə imzaladığımız yeni müqaviləyə əsasən, zirzəmi və 1 mərtəbənin istifadəsinə görə, hər ay 14 min manat icarə haqqı ödəməli idim. Lakin N.Ağayev bu müqavilənin hazırlanması zamanı da saxtakarlığa yol verib və vergiləri ödəməyi mənim üzərimə qoymuşdu. Mən ölkədə baş vermiş devalvasiyaya görə, yaranmış durumu nəzərə alaraq mülk sahibindən xahiş etdim ki icarə haqqında müəyyən endirimlərə getsin, amma o, bunu etmədi. Bundan başqa binanın 2-ci və 3-cü mərtəbəsinin təmirinə xərclədiyimiz pulu da söz verməsinə baxmayaraq, geri qaytarmadı. Qeyd edim ki, bir mərtəbənin təmirinə 80 min manat, digərinə isə 67 min manat pul xərcləmişəm”.


 


Paylaş:


Müəllif : Tarix:
13-11-2018, 11:55
  


loading...
Загрузка...