reklam
» » Ağstafada avtomobil piyadanı vuraraq öldürüb

reklam

Ağstafada avtomobil piyadanı vuraraq öldürüb

Ağstafa rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Regionxeberleri.com "Report"-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, noyabrın 12-də saat 5 radələrində Ağstafa şəhərinin ərazisində Şəmkir şəhər sakini Vüqar Vəliyev idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən şəhər sakini Bayraməli Hüseynəliyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.

Ağstafa rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
13-11-2018, 12:38
  


loading...
Загрузка...