reklam
» » Azərbaycanlı tələbə Minskdə həbs olundu - Qıza görə adam öldürüb

reklam

Azərbaycanlı tələbə Minskdə həbs olundu - Qıza görə adam öldürüb

Minskdə Azərbaycan vətəndaşı, Belarus Dövlət Aviasiya Akademiyasının tələbəsi, 1999-cu il təvəllüdlü Rəhimov Rüstəm Məmməd oğlu insan ölümü ittihamı ilə həbs olunub.

Regionxeberleri.com Report-a istinadən xəbər verir ki, azərbaycanlı tələbə noyabrın 12-də həbs olunub.

Onun yerli millətdən olan, Aleksey adlı Belarus vətəndaşını öldürdüyü üçün həbs olunduğu bildirilir.

Hadisəyə səbəb R. Rəhimovun yerli millətdən olan qız tanışı ilə mübahisəsi, həmin şəxsin isə kənardan müdaxilə edərək qızı ondan ayırması səbəb olub. Azərbaycanlı gənc bunu həqarət hesab edərək belaruslu ilə görüş təyin edib. Təyin olunan görüşdə azərbaycanlı gəncin bir neçə əcnəbi ilə belaruslunu döyərək öldürdüyü bildirilir. Hadisəyə səbəb olan dəstənin bütün üzvləri saxlanılsa da, azərbaycanlı tələbədən başqa digərləri sərbəst buraxılıb.


Paylaş:


Müəllif : Tarix:
14-11-2018, 10:01
  


loading...
Загрузка...