reklam
» » Kirayə qaldığı evin mebeleni satan ər-arvad MƏHKƏMƏ QARŞISINDA

reklam

Kirayə qaldığı evin mebeleni satan ər-arvad MƏHKƏMƏ QARŞISINDA

Oğurluğa cəhddə təqsirləndirilən ər-arvad Qadir Məmmədov və Sevgül Əmirxanovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Regionxeberleri.com-un Open.az-a istiandən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. İttihama münasibət bildirən hər iki şəxs özünü təqsirli bilib.

Zərərçəkən Nailə Məmmədova ifadəsində dəymiş ziyanın ödənilmədiyini deyib: "Mənə vurulan ziyan ödənilməyib. Əgər ziyan ödənilməsə hər iki şəxsə ağır cəza verilməsini istəyəcəm".

Məhkəmə iclası noyabrın 22-dək təxirə salınıb.

İttihama görə, rəsmi nikahda olan Q. Məmmədov və S. Əmirxanova kirayə qaldığı Nailə Məmmədovaya məxsus mənzilin mebellərini satıblar. Onlar mebelləri və mənzilin özlərinə məxsus olduğunu iddia ediblər. Qonşular ev əşyalarının satıldığını görəndə N. Məmmədovaya xəbər veriblər. Qadının şikayəti əsasında Q. Məmmədov həbs edilib, S. Əmirxanova barəsində isə polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Ər-arvad Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə ittiham olunur.


Paylaş:


Müəllif : Tarix:
15-11-2018, 17:06
  


loading...
Загрузка...