reklam
» » Mingəçevirdə avtoxuliqanlıq edən sürücülər saxlanılıblar - FOTO

reklam

Mingəçevirdə avtoxuliqanlıq edən sürücülər saxlanılıblar - FOTO

Mingəçevir şəhərində avtoxuliqanlıq edən sürücülər saxlanılıblar.

Bu barədə "Report”un Şirvan bürosuna DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Belə ki, Mingəçevir şəhər Polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən idarə etdikləri “Niva” markalı avtomobillərlə şəhərin mərkəzi küçələrində davamlı olaraq əhalinin dincliyini pozan, piyadalar üçün təhlükə yaradan, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri edən Zaur İsmayılzadə və Müslüm Hüseynov saxlanılıb.

Hər iki sürücü barəsində inzibati qaydada protokol tərtib edilərək baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilib.
 


Paylaş:


Müəllif : Tarix:
16-11-2018, 15:44
  


loading...
Загрузка...