reklam
» » Dayısının zorladığı azyaşlı ilə bağlı dəhşətli fakt: - “Qızın öz anası yalvardı ki...”

reklam

Dayısının zorladığı azyaşlı ilə bağlı dəhşətli fakt: - “Qızın öz anası yalvardı ki...”

Bu gün dayısı tərəfindən 8 il zorlanmaya məruz qalan 13 yaşlı qızla bağlı mətbuat konfransı keçirilib.

Regionxeberleri.com AzNews.az-a istinadən xəbər verir ki, Beynəlxaq Mətbuat Mərkəzində baş tutan tədbiri Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə açaraq, yayılan video-görüntüdən sonra zorlanmaya məruz qalan 13 yaşlı qızın həyatına təhlükə yarandığını bildirib:

“Uşağın həyatı təhlükə qarşısındadır. Sığınacaq mühafizə olunur. Sosial şəbəkələrdə yayılan video-görüntüdə qızın üzü tam aydın görünüb. Düzdür, biz o videonu şəbəkədən yığışdırdıq. Amma kim təminat verə bilər ki, sabah yenidən yayılmayacaq? Şəbəkədə ona qarşı hücumlar olunur. Həmin videogörüntü yayılan ana kimi qız kurslara gedirdi. Amma indi həyati təhlükəsi var. Bunun da arxasında onun anası ilə vəkilinin işbirliyi dayanır. Bu uşaq bir il öncə hüquq mühafizə orqanları tərəfindən xalası ilə birlikdə sığınacağa gətirilib. Anası uşağından imtina etmişdi. Hazırda uşağın anası Türkiyədədir. Cinayət işi ilə bağlı istintaq gedəndə ana Azərbaycana gəlib, izahat verib. Sonra o gedən, gedib. Qız sığınacağa gələndə biz hüquq-mühafizə orqanlarının yanında ona qəyyumluğu üzərinə götürsün deyə müraciət etdik. Xala qətiyyətlə etiraz etdi, razı olmadı. 15 gün uşaq həyatı yaşayandan sonra onun psixoloqla söhbəti oldu. Həmin vaxt uşaq deyib ki, Kəmalə xanımla danışmaq istəyirəm. Dindirilmə zamanı onun doğrudan da zorlanmaya məruz qaldığının şahidi olduq. Uşaq başına gələnləri mənə danışdı. Bundan sonra mən uşağın dediklərinin araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət etdim. Təhqiqat başlandı, uşaq yoxlanılması üçün ekspertizaya göndərildi. Müəyyən olundu ki, uşaq qeyri-ənənəvi yolla cinsi zorakılığa məruz qalıb“.

Kəmalə Ağazadı qeyd edib ki, qız əslində sosial şəbəkədə yayılan görüntüdə sətiraltı başına gələnləri deyib: “Deyir “o yatağı görürsünüz, orada dayım yatır”. Yəni “mən burada zorlanıram”. Uşaq deyir ki, “dayım mənə təcavüz edəndə onu çəkib”. Həmin videonu xalası, nənəsi də görüb. Deyiblər ki, qız yalançıdır. Uşaq hamıya zorlandığını deyir, amma inanmırlar. Aparıb onun bakirəliyini yoxlayırlar. Uşaq futbol topu kimi ortalarda qalıb. 150.3 ağır maddədir. Düşünüblər ki, qızı ləkələməklə böyük bir nəsli qorumuş olurlar. Uşağa "oğru" damğası vurdular. Bu, necə oğrudur ki, onu zorlamağa məruz qoyan dayı bankada pul yığır, qız da həmin pulları götürüb, bir-bir cırır. Soruşanda da deyir ki, “bilirsiniz niyə cırdım o pulları? Bilirdim ki, dayım evdəkiləri Türkiyəyə yola salandan sonra mənimlə tək qalacaq”. Budur oğru?

13 yaşlı qızın video-görüntüsünü yayan bloger Elvin Hüseynov bu məsələdə yanıldığını dilə gətirdi:

“Materialları mənə qızın anası verdi. Ağladı, yalvardı ki, bunları yayım. Mən onların sözünə inanmışam. Vəkil Kamran Tağıyevlə də söhbətim olub. Onlar məhkəmədə uduzduqlarını və məsələnin ictimailəşməsi üçün məndən yardım istədilər. Mən də inandım. Amma gəlib sənədlərlə tanış olandan sonra anladım ki, aldadılmışam”.

Kəmalə Ağazadə qeyd edib ki, vəkil Kamran Tağıyevlə bağlı Vəkillər Kollegiyasına məktub ünvanlanıb:

“Bu, vəkilə yaraşmayan işdir. Etik qaydalar pozulub. Kamran Tağıyev uşağın həyatına təhlükə yaradanlardan biri olduğuna görə, Vəkillər Kollegiyası ilə yanaşı, digər hüquq-mühafizə orqanlarına da müraciət etdik. Anadan və xalalardan da şikayətçiyik. Uşağın qəyyumluğu məndə olduğundan, nəinki videonun yayılması, hətta onun üzünün görünməsi üçün belə, icazə almaq lazım idi. Amma o, qanunu pozub. Buna görə də cavab verməlidir”.


Paylaş:


Müəllif : Tarix:
16-11-2018, 17:03
  


loading...
Загрузка...