reklam
» » Azyaşlı qızı zorlayan manyakdan YENİ XƏBƏR

reklam

Azyaşlı qızı zorlayan manyakdan YENİ XƏBƏR

Azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən İsmayılov Vüqar İlqar oğlunun barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Regionxeberleri.com-un Open.az-a istinadən məlumatına görə, V. İsmayılovun barəsində cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Novruz Kərimovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası yaxın günlərdə bəlli olacaq.

Qeyd edək ki, V. İsmayılov Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli hərəkətlər törətmək, on dördü yaşına çatmyan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham verilib.

İttiham görə, Vüqar İsmayılov 14 yaşına çatmayan A.D( şərtidir) qarşı seksual hərəkətlər törədib. Zərərçəkənin valideynlərinin şikayəti əsasında Vüqar İsmayılov həbs edilib. Onun barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.


Paylaş:


Müəllif : Tarix:
20-11-2018, 10:56
  


loading...
Загрузка...