reklam
» » 21 yaşlı oğlan dağıntılar altından çıxarıldı - DƏHŞƏTLİ VİDEO

reklam

21 yaşlı oğlan dağıntılar altından çıxarıldı - DƏHŞƏTLİ VİDEO

Gəncədə yaşayış binasında baş vermiş partlayış nəticəsində dağıntılar altından bir nəfər sağ çıxarılıb.
 
Regionxeberleri.com xəbər verir ki, bu barədə Trend-ə Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib.
Onun sözlərinə görə, dağıntılar altından çıxarılan şəxs hərbi qulluqçu olduğu üçün hazırda hərbi hospitala yerləşdirilib.
P.Əbubəkirov əlavə edib ki, hadisə nəticəsində dünyasını dəyişən şəxs də hərbçi olub.
Nazirlik sözçüsü bildirib ki, hadisə yerinə 6 təcili tibbi yardım briqadası cəlb olunub.
 
* * *
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış baş verib.
BakuPost xəbər verir ki, partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin apardığı axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından 1994-cü il təvəllüdlü Cumazadə Cuma Saleh oğlunun meyiti tapılıb, 1997-ci il təvəllüdlü Məmmədli Orxan Oktay oğlu isə yaralı vəziyyətdə aşkarlanaraq xilas edilib.



Paylaş:


Müəllif : Tarix:
20-11-2018, 10:59
  


loading...
Загрузка...